ABŞ-da kinoteatrda silahlı insident baş verib

ABŞ-da kinoteatrda silahlı insident baş verib
# 05 avqust 2015 22:18 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Tennesi ştatında, Neşvil şəhəri yaxınlığında silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxs kinoteatra daxil olaraq əvvəl ətrafa, sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına atəş açıb.

Cavab atəşi ilə cinayətkarın məhv edildiyi bildirilir. İlkin məlumatlara əsasən, insident zamanı 3 nəfər xəsarət alıb.

Qeyd edək ki, iyulun 24-də ABŞ-ın Luiziana ştatında baş vermiş silahlı insident zamanı 2 nəfər ölmüş, 4 nəfər yaralanmışdı. Ətrafdakılara atəş açan şəxs daha sonra intihar etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR