Azı 20 hindistanlı dənizçi Nigeriya sularında dəniz quldurları tərəfindən qaçırılıb

Azı 20 hindistanlı dənizçi Nigeriya sularında dəniz quldurları tərəfindən qaçırılıb
# 17 dekabr 2019 04:54 (UTC +04:00)

Nigeriya sularında dəniz quldurlarının “Duke” tankerinə hücumu zamanı azı 20 hindistanlı dənizçi qaçırılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistan XİN-in rəsmi nümayəndəsi Raviş Kumar bildirib.

“Dekabrın 15-də Afrikanın qərb sahilində “Duke” gəmisinin 20 hindistanlı heyət üzvünün qaçırılmasından narahatıq. Bu, bölgədə Hindistan vətəndaşlarının ziyan gördüyü üçüncü bənzər hadisədir”, - Kumar jurnalistlərə açıqlamasında belə deyib.

Diplomatın sözlərinə görə, rəsmi Dehli Abucadakı səfirliyi vasitəsi ilə Nigeriya hakimiyyəti ilə baş vermiş insidenti araşdırır və davamlı əlaqə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR