Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib - <span style="color: red;">YENİLƏNİB
# 26 oktyabr 2016 15:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə şahid qismində Nardaran sakini Valeh Abbasov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib. Bildirib ki, yazıb-oxuya bilmir.

Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, T. Bağırovun Nardaranda Əbülfəz Bünyatovun evində qonaq olmasını, orada gündə iki dəfə yemək verilməsini eşidib həmin evə gedib. T. Bağırovu ilk dəfə orada görüb. T. Bağırov dini mövzulardan başqa, Azərbaycanda dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edib: "Mən başa düşdüm ki, onların fikri dövlət çevrilişi etməkdir, oradan uzaqlaşdım".

Prosesin gedişində məhkəmə zalında Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşlarının əyləşməsi məlum olub. Təqsirləndirilən şəxslər onlardan zalı tərk etməyi tələb ediblər. Onlar zaldan çıxarılıblar.

Sonra iclasda ifadə verən Maştağa sakini Bəxtiyar Aşurov deyib ki, yolda gedəndə polislər onu saxlayıb ifadə almağa aparıblar.

Onun da ibtidai istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində deyib ki, Hacı Baxış məscidində Taleh Bağırovun dövlətə qarşı çıxışlar etməsinin şahidi olub.

Prosesdə ifadə verən şahid Samir Babayev isə ötən il noyabrın 5-də Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinin qarşısına getdiklərini, orada saxlanılaraq bir gündən sonra sərbəst buraxıldığını, T. Bağırovun dövlət əleyhinə çıxışlarının şahidi olmadığını deyib. Bildirib ki, onu BMCMİ-də İslam Ağabəyov dindirib.

Vəkillər isə İ. Ağabəyovun iş üzrə zərərçəkmiş olduğunu deyiblər və bu məsələnin araşdırılması üçün onun yenidən dindirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə fasilə elan edilib.

Günün ikinci yarısında davam etdirilən prosesdə şahid qismində İlqar Atakişiyev ifadə verib.

O, Fuad Qəhrəmanlını sosial şəbəkədən tanıdığını deyib. Bildirib ki, istintaq zamanı verdiyi ifadələrin çox hissəsini oxumadan imzalayıb. O, F. Qəhrəmanlının yazdığı statuslara rəy yazdığını deyib. Bildirib ki, F. Qəhrəmanlının statuslarını oxuyandan sonra ondan dövlət çevrilişinə cəhd etmək kimi fikirlər yaranmayıb.

İ. Atakişiyev ibtidai istintaqa ifadəsində isə bildirib ki, Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib. Məqsədi isə Fuad Qəhrəmanlını dəstəkləmək olmayıb. Fuad Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığının olmadığını qeyd edən İ. Atakişiyev sonuncunu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıdığını bildirib. O, Fuad Qəhrəmanlının siyasi fikirlərini bəyənmədiyini deyib, bunu Fuad Qəhrəmanlının xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırışları ilə izah edib. İfadəsində onu da bildirib ki, hətta son zamanlar F. Qəhrəmanlının fikirlərinin tam əleyhinə gedərək öz-özlüyündə sonuncunun xalqı çaşdırmağına, gənclərə pis nümunə olaraq onları vətəndaş davasına, dini nifrət və dinlər arasında təfriqə və düşmənçilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirləri ilə çaşdıraraq uçuruma aparmasını yəqin edib.

Proses oktyabrın 28-də davam edəcək.

***

saat 13.56

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə şahid qismində Nardaran sakini Valeh Abbasov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib. Bildirib ki, yazıb-oxuya bilmir.

Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, Taleh Bağırovun Nardaranda Əbülfəz Bünyatovun evində qonaq olmasını, orada gündə iki dəfə yemək verilməsini eşidib həmin evə gedib. T. Bağırovu ilk dəfə orada görüb. T. Bağırov dini mövzulardan başqa, Azərbaycanda dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edib: "Mən başa düşdüm ki, onların fikri dövlət çevrilişi etməkdir, oradan uzaqlaşdım".

Sonra iclasda ifadə verən Bəxtiyar Aşurov da istintaq zamanı verdiyi ifadəni təsdiq etməyib. Maştağa sakini olan B. Aşurov deyib ki, yolda gedəndə polislər onu saxlayıb ifadə almağa aparıblar.

Onun da ibtidai istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində deyib ki, Hacı Baxış məscidində Taleh Bağırovun dövlətə qarşı çıxışlar etməsinin şahidi olub.

Prosesdə ifadə verən şahid Samir Babayev isə ötən il noyabrın 5-də Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinin qarşısına getdiklərini, orada saxlanılaraq bir gündən sonra sərbəst buraxıldığını, Taleh Bağırovun dövlət əleyhinə çıxışlarının şahidi olmadığını deyib. Bildirib ki, onu BMCMİ-də İslam Ağabəyov dindirib.

Vəkillər isə İ. Ağabəyovun iş üzrə zərərçəkmiş olduğunu deyiblər və bu məsələnin araşdırılması üçün onun yenidən dindirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR