Rusiyada 28 avtomobil toqquşub

Rusiyada 28 avtomobil toqquşub
# 03 sentyabr 2017 19:04 (UTC +04:00)

Rusiyanın Voronej vilayətində 28 avtomobil toqquşub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası “Don” avtomagistralının 631-ci kilometrliyində qeydə alınıb.

İlkin məlumata əsasən, qəzaya yük maşının sürücüsünün düzgün sürət rejimi seçməməsi səbəb olub. Qəza zamanı avtomobillərdən biri yanıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alan 3 yaşlı uşaq isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR