Azərbaycan Gürcüstandan 23,2 mln. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edib

Azərbaycan Gürcüstandan 23,2 mln. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edib
# 05 aprel 2018 09:47 (UTC +04:00)

Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsullarını ən çox idxal edən ölkələr arasında 3-cü yeri tutub.

APA-nın yerli bürosu Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu il Gürcüstandan Azərbaycana 23,2 mln. dollar məbləğində kənd təsərrüfatı məhsulu ixrac olunub.

Aprel ayının 1-nə olan məlumatda qeyd olunub ki, Azərbaycanla yanaşı Gürcüstandan kənd təsərrüfatı məhsullarını ən çox idxal etmiş ölkələrin ilk üçlüyünə Rusiya (52,2 mln. dollar) və Avropa Birliyi (42,6 mln. dollar) daxildir.

Bu il Gürcüstan ümumilikdə 207,5 mln. dollar məbləğində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2017-ci ilin eyni göstəricisindən 34,7% çoxdur. Qonşu ölkənin əsas ixrac məhsulları təbii üzüm şərabı, mineral və adi sular, spirtli içkilər və qoz-fındıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR