Putin Çinə səfər edəcək

Putin Çinə səfər edəcək
# 04 fevral 2020 15:50 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, dövlət başçısının Çinə səfərinin bu ilin ikinci yarısına planlaşdırıldığını qeyd edib.

“İl hələ təzə başlayıb. Putinin Çinə səfəri ilin ikinci yarısınaa planlaşdırılır və bu səfər həqiqətən də planda var”, - deyə Kremlin sözçüsü vurğulayıb.

D. Peskov Çində koronavirusun yayılmasının V. Putinin Çin səfərinə təsir etməyəcəyini də deyib: "Koronavirusla bağlı vəziyyət Rusiya-Çin ikitərəfli münasibətlərinə, bu münasibətlərin iqtisadi-ticarət aspektlərinə təsir etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR