Mobil “ASAN xidmət” qrupunun tərkibi dəyişib

Mobil “ASAN xidmət” qrupunun tərkibi dəyişib
# 13 aprel 2017 16:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkili Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qaydalar Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada göstərilməsinin təşkilini və həyata keçirilməsini tənzimləyir.

Dəyişiklik Mobil “ASAN xidmət” qrupunun tərkibi ilə əlaqədardır. İndiyə qədər səyyar qrupda texniki rəhbər olub. Texniki rəhbərin vəzifələri səyyar avtobusun müəyyən edilmiş yerdə yerləşdirilməsini təmin etmək, xidmət üçün nəzərdə tutulmuş avadanlıqların xidmətə yararlı formada qurulmasına nəzarət etmək, səyyar avtobusa və digər qurğulara elektrik enerjisinin verilməsini təşkil etmək, internetin, optik kabelin və digər əlaqə xətlərinin çəkilməsinə nəzarəti həyata keçirmək, səyyar avtobusun və digər qurğuların mühafizəsini təşkil etmək, xidmət ərazisinin təmiz və səliqəli olmasına, təmizlik xidmətinin işçilərinin fəaliyyətinə nəzarət etmək, xidmət üçün lazımi dəftərxana və digər ləvazimatların təmin edilməsi üçün qrup rəhbərinə məlumat vermək, xidmətin təşkili ilə bağlı yaranmış texniki problemlər barədə qrup rəhbərinə məlumat vermək, xidmət yerində əməyin mühafizəsi ilə bağlı tədbirlər görmək, xidmətin həyata keçirilməsindən irəli gələn digər texniki tədbirlər görmək olub. Dəyişikliyə əsasən texniki rəhbər vəzifəsi ləğv edilib. Texniki rəhbərə həvalə olunan vəzifələri Mobil “ASAN xidmət” qrupunun rəhbəri həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR