Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib

Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib
# 14 oktyabr 2016 11:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalça Muzeyində Şekspirin anadan olmasının 450-ci ildönümü ilə bağlı keçirilən Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, mərasim muzey, British Council Azərbaycan, Rəssamlıq Akademiyası tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts bildirib ki, müsabiqənin təşkili Azərbaycan xalqının və dövlətinin Şekspir yaradıcılığına verdiyi böyük töhfədir: "Biz bu müsabiqəni böyük qürurla elan etmişik və şadam ki, müsabiqə uğurla başa çatdı. Statistik hesablamalara görə, dünyada hər dəqiqə hansısa məkanda Şekspirin əsərləri oynanılır. Azərbaycan da Şekspir yaradıcılığına böyük diqqət görürəm. Eyni zamanda qeyd edə bilərəm ki, müsabiqənin münsifi olmaqdan böyük zövq aldım. Azərbaycan "Şekspir Xalçası" müsabiqəsi Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir".

Xalça Muzeyinin direktoru Şirin Məlikova və British Councilin Azərbaycan üzrə rəhbəri Elizabet Uayt müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik ediblər. Qeyd olunub ki, layihəyə may ayında start verilib və may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox dizayn təqdim edilib. Xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı Azərbaycan ənənələrini əks etdirir.

Qeyd edək ki, Azərbaycan "Şekspir Xalçası" dünyada bu tipli yeganə müsabiqədir. Qalib gəlmiş üç dizaynda xalçalar toxunulacaq. Müsabiqənin ümumi qalibi Telman Şıxıyev olub. O, Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrınına səhayət mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR