SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb

SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb
# 07 sentyabr 2015 10:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Maltaya səfər edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində o, Maltanın baş naziri Cozef Muskat ilə görüşüb.

Maltanın enerji naziri Konrad Mizzinin də iştirak etdiyi görüşdə SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihəsi müzakirə edilib, layihənin qrafikə uyğun şəkildə uğurla icra edildiyi qeyd olunub. Tərəflər Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud olan imkanlardan danışıb, investisiya layihələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

R. Abdullayev Azərbaycan neft-qaz sənayesində əldə olunan nailiyyətlər, ölkə daxilində və xaricdə həyata keçirilən geniş miqyaslı enerji layihələri barədə məlumat verib.

C. Muskat ötən il Bakıya səfərini xatırladaraq, neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan yaratdığını qeyd edib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR