Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 11 avqust 2015 08:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə şəhər sakini, 1974-cü il təvəllüdlü Gəncəli Kamandar Nəriman oğlu bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra 41 yaşlı kişinin vəziyyəti normallaşıb. Onun kim tərəfindən və nə məqsədlə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR