ABŞ səfiri gənclər və idman naziri Azad Rəhimovla görüşüb

ABŞ səfiri gənclər və idman naziri Azad Rəhimovla görüşüb
# 28 avqust 2015 09:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” səhifəsində məlumat yerləşdirilib.


Məlumata görə, görüşdə gənclərin maraq dairəsində olan məsələlər müzakirə edilib və Avropa Oyunlarının uğurla keçirilməsində gənclərin rolu yüksək qiymətləndirilib. R. Sekuta Azərbaycanın parlaq gələcəyinin təmin edilməsi üçün gənclərə hər cür imkanlar yaradılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, səfir gəncləri maraqlandıran mövzular barədə eşitmək istədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR