ABŞ seçicilərinin 40 faizi Trampın prezidentlikdən uzaqlaşdırılmasını istəyir

ABŞ seçicilərinin 40 faizi Trampın prezidentlikdən uzaqlaşdırılmasını istəyir
# 03 fevral 2017 07:29 (UTC +04:00)

ABŞ-da seçicilərin 40 faizi Donald Trampın impiçmentini istəyir.

APA-nın xəbərinə görə, bu barədə “RİA-Novosti” "Public Policy Polling" (PPP) şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb. Respondentlərin 48 faizi onun vəzifəsindən kənarlaşdırılmasının əleyhinə səs verib, 12 faizi isə bitərəf qalıb.

Ötən həftə keçirilən analoji sorğuda seçicilərin 35 faizi Trampın əleyhinə olub.

Sorğunun nəticələrinə əsasən, seçicilərin 52 faizi Barak Obamanı prezident görmək arzusundadır, 43 faiz isə Donald Trapmın prezidentliyini qəbul edir.

Amerikalıların Trampın miqrasiya barədə fərmanına münasibəti birmənalı deyil. Respondentlərin 47 faizi fərmanı dəstəkləsə də, 49 faizi əleyhinə olub.

Qeyd edək ki, ABŞ prezidentinə ancaq Konqresin yuxarı palatası, Senat üzvlərinin üçdə ikisinin səs verdiyi təqdirdə impiçment - yəni, səlahiyyətlərin icrasından uzaqlaşdırılma elan oluna bilər. ABŞ tarixində iki prezident impiçment prosedurasından keçib. 1868-ci ildə Endrü Conson və 1998-99-cu illərdə Bİl Klintonla bağlı səsvermədə impiçment tərəfdarları lazımi səsi toplaya bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR