Səfirlik: Tbilisi metrosunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Səfirlik: Tbilisi metrosunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur
# 30 yanvar 2018 13:24 (UTC +04:00)

“Tbilisi metrosunun “Varketili” stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”.

Bunu APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyinin 3-cü katibi Samirə Ağayeva deyib.

“Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb”, - deyə S.Ağayeva əlavə edib.


Qeyd edək ki, Tbilisi metrosunun “Varketili” stansiyasında bu gün səhər saatlarında tavanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR