ABŞ-da məktəbdə partlayış baş verib, yaralananlar var

ABŞ-da məktəbdə partlayış baş verib, yaralananlar var
# 21 avqust 2015 03:47 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda məktəblərin birində güclü partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 3 nəfər yaralanıb. Onlardan 1-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayış Nyu Yorkun Bronks rayonunda yerləşən təhsil müəssisəsinin 6-cı mərtəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, məktəbin laboratoriyalarında təmir-tikinti işləri aparılırmış. Zərərçəkənlərin hamısı binada işləyən fəhlələrdir. Hadisə nəticəsində binaya ciddi zərər dəyib. İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR