Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki son söz üçün məhkəmədən vaxt istəyib

Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki son söz üçün məhkəmədən vaxt istəyib
# 12 fevral 2018 11:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışını davam etdiriblər.

Sonra sabiq MTN polkovniki V. Güləliyev də daxil olmaqla, digər təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Proses fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR