Sabiq məmurun qətlində təqsirləndirilən qadının şikayəti üzrə məhkəmə başlayır

Sabiq məmurun qətlində təqsirləndirilən qadının şikayəti üzrə məhkəmə başlayır
# 20 oktyabr 2016 14:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, məhkəmənin ilkin baxış iclası oktyabrın 27-nə təyin edilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətində azadlıqdan məhrum edilən X. İsgəndərova barəsində bəraət hökmünün çıxarılması haqqında apellyasiya şikayəti verib. O, qətlin başqa şəxs tərəfindən törədildiyini iddia edir.

Qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR