Meksikada yolda 6 nəfərin meyiti tapılıb

Meksikada yolda 6 nəfərin meyiti tapılıb
# 01 fevral 2017 20:10 (UTC +04:00)

Meksikanın Qerrero ştatında, Moçitlan və Laqunilyas şəhərləri arasında yolda 6 nəfərin meyiti tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlərin üzərində güllə yaraları aşkar edilib.

Faktla bağlı polis araşdırma aparır.

Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR