“Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.
APA-nın xəbərinə görə, bunu Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, MSK tərəfindən dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, gecikdirilmədən müraciətə baxsın: “Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.