Bakı Dəniz Ticarət Limanının I mərhələsi bu ilin birinci yarısında istifadəyə veriləcək

Bakı Dəniz Ticarət Limanının I mərhələsi bu ilin birinci yarısında istifadəyə veriləcək
# 24 yanvar 2018 15:11 (UTC +04:00)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikinti işləri və liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir".

"APA-Economics"in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyində bu gün keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev məlumat verib. Onun sözlərinə görə, hazırda limanda tikinti işləri sürətlə davam etdirilir və bu işlər liman kompleksinin bütün seqmentlərini əhatə edir: "Tikinti işlərinə 1500-dək işçi qüvvəsi və 300-ə yaxın müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub. Bu ilin yanvar ayının əvvəlində dövlət başçısının iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək gücündə olan terminal müasir texniki tələblərə uyğun tikilib".

Nazir qeyd edib ki, 2018-ci ilin I rübün sonunadək limanda 7 ümumi yük körpüsünün tikintisinin, anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin quraşdırılmasının başa çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, limanın əməliyyat binasının inşası 2018-ci ilin may ayında başa çatdırılacaq.

Kollegiya iclasında qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı Dəniz Ticarət Limanının birinci mərhələsinin bu ilin birinci yarısında istifadəyə verilməsi, gələcəkdə tələbat artdıqca limanın 50-70% genişləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR