Ərəb ölkələri koalisiyasının Yəmənə endirdikləri hava zərbələri nəticəsində 14 nəfər ölüb

Ərəb ölkələri koalisiyasının Yəmənə endirdikləri hava zərbələri nəticəsində 14 nəfər ölüb
# 06 avqust 2015 22:55 (UTC +04:00)

Bakı-APA. Ərəb ölkələri koalisiyasının Yəmənin cənub və şimal-şərq rayonlarına endirdikləri hava zərbələri nəticəsində 14 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı ilə həmsərhəd Hacca bölgəsinin Bakil əl Mir bələdiyyəsinə endirilən zərbələr nəticəsində 8 nəfər ölüb, daha 6 nəfər isə ölkənin cənubundakı Taiz rayonunun bombardman olunması nəticəsində ölüb.

Yaralıların sayı barədə dəqiq məlumat verilmir.

Hava zərbələrinə həmçinin paytaxt Sana ətrafındakı rayonlarda məruz qalıb. Burada ölən və yaralananlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR