Bacısı qızını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 Bacısı qızını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 04 sentyabr 2015 14:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısı qızını öldürməkdə təqsirləndirilən Vamiq Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Aslanov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V. Aslanov münaqişə zəminində bacısı qızı Nigar Məliklini qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR