Səudiyyə Ərəbistanının kralı Moskvaya səfər edəcək

Səudiyyə Ərəbistanının kralı Moskvaya səfər edəcək
# 05 sentyabr 2017 00:03 (UTC +04:00)

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud bu ilin oktyabrında Rusiyaya səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti diplomatik mənbələrə istinadən xəbər verib.

“Fars körfəzində bir çox problemlər mövcuddur. Rusiya regionda münaqişələrin həllinə öz töhfəsini verməyə səy göstərir. Söhbət Qətər ətrafındakı böhrandan, Körfəz ölkələri ilə İran arasında ciddi fikir ayrılığından və s. gedir”, Moskvadakı diplomatik mənbə bildirib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı kralının səfəri ilə bağlı prinsipial razılıq əldə olunub, hazırda səfərin detalları müzakirə olunur. Faktı təsdiqləyən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov, səfərin dəqiq tarixini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR