Belarusda mədəndə uçqun baş verib

Belarusda mədəndə uçqun baş verib
# 09 mart 2018 20:33 (UTC +04:00)

Belarusda “Belaruskaliy” ASC-yə məxsus mədəndə uçqun baş verib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə hallar nazirliyi məlumat verib.

Hadisə nəticəsində 2 şaxtaçı torpaq alında qalıb. İnsidentin səbəbləri müəyyənləşdirilir. Hadisə yerində operativ-əməliyyat tədbirləri həyata keçirilir.

“Belaruskaliy” ASC –dünyanın ən böyük kalium gübrələri istehsalçısı və ixracatçısından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR