Azərbaycan səfiri Pakistan xarici işlər naziri vəzifəsinin icraçısı ilə görüşüb

Azərbaycan səfiri Pakistan xarici işlər naziri vəzifəsinin icraçısı ilə görüşüb
# 01 noyabr 2016 07:36 (UTC +04:00)

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkə baş nazirinin xarici işlər üzrə məsləhətçisi, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əzizlə görüşüb.

Səfirlikdən APA-ya verilən xəbərə görə, Ə. Əlizadə ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edərək, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın daim yanında olmasının, işğalçı Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. O, Pakistanla bütün sahələrdə mövcud qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlar arasında münasibətlərin daha da istiləşməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Ötən il Pakistan prezidentinin, cari il isə Pakistan baş nazirinin Azərbaycana həyata keçirilmiş uğurlu səfərlərini xatırladan S. Əziz, bu səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişafına müsbət təsir göstərəcəyini söyləyib. Pakistan və Azərbaycanın daim bir-birinə dəstəyinin önəmini qeyd edən S. Əziz iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticari, mədəni, elmi, hərbi-texniki və digər əlaqələrin daha da inkişaf etdirilməsi, birbaşa hava reyslərinin yaradılması üçün geniş potensial və imkanların olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR