Ölkə ərazisində hava qeyri-sabit keçib, yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub - Faktiki hava

Ölkə ərazisində hava qeyri-sabit keçib, yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub - <span style="color: red;">Faktiki hava
# 10 mart 2018 09:52 (UTC +04:00)

Ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.

Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR