Zaqatala rayonu, Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.