Bakı sənayesinin 81%-dən çoxu özəl sektorda cəmləşib

Bakı sənayesinin 81%-dən çoxu özəl sektorda cəmləşib
# 04 dekabr 2017 09:38 (UTC +04:00)

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,3% azalaraq 26,8 mlrd. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 81,6%-i mədənçıxarma, 16,1%-i emal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,3% olub. Ümumi istehsalın 86,3%-i sənaye məhsulunun istehsalı, 13,7%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.


İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2017-ci il vəziyyətinə 239,4 mln. manatlıq hazır məhsul olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 16,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR