Lerikdə 50-dək yaşayış məntəqəsi işıqsız qalıb

Lerikdə 50-dək yaşayış məntəqəsi işıqsız qalıb
# 26 oktyabr 2016 08:48 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR