Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alan var

Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alan var
# 28 may 2018 07:41 (UTC +04:00)

Xaçmaz –Xudat yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nnı şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Qusarçay kəndi ərazisindən keçən hissəsində baş verib. 44 yaşlı Vəhiyev Dmitri Əliyeviçin idarə etdiyi “QAZ 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR