Ukrayna hökuməti 88 siyasətçinin diplomatik pasportunu ləğv edib

Ukrayna hökuməti 88 siyasətçinin diplomatik pasportunu ləğv edib
# 20 avqust 2015 12:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna hökuməti ölkənin keçmiş baş naziri Nikolay Azarov da daxil olmaqla, 88 siyasətçinin diplomatik pasportunu ləğv edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şəxslər diplomatik pasportdan istifadə etmək səbəbindən məhrum olduqları üçün pasportları ləğv edilib. Siyahıda Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin mətbuat katibi Anna German, Regionlar Partiyasının keçmiş liderlərindən Aleksandır Yefremov, kölgə hökumətinin naziri Boris Kolesnikov və digərlərinin adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR