Zaqatalada iki yanğın hadisəsi baş verib

Zaqatalada iki yanğın hadisəsi baş verib
# 01 dekabr 2017 06:16 (UTC +04:00)

Zaqatalada bir gecədə iki yanğın baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 02:30 radələrində rayonun Mosul kəndində Hüseyn Tanrıverdi oğlu Abdullayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 100 kv/m olan mal tövləsində baş verib. Nəticədə tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 7 ton quru ot yanıb.

Eyni kənddə digər hadisə saat 03:40 radələrində Rəhman Salam oğlu Əhmədovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 90 kv/m olan mal tövləsində olub. Nəticəsində tövlənin yanar konstruksiyaları 60 kv/m-lik sahədə və çardağına yığılmış 7 ton quru otun 3 tonu yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Hər iki hadisə zamanı tövlələrdə olan mal-qara xilas edilib, yanıq xəsarəti alan olmayıb.

İlkin araşdırma zamanı hər iki tövlənin yandırılması məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR