Ukrayna XİN Donbasdakı "münaqişənin dondurulması"nın mümkünsüz olduğunu bildirib

Ukrayna XİN  Donbasdakı "münaqişənin dondurulması"nın mümkünsüz olduğunu bildirib
# 07 avqust 2015 02:36 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib.

“Qərbdə heç kimdə Donbasdakı münaqişənin “dondurulmuş münaqişə” şəklində sabitləşdirmək kimi illüziya yoxdur”, deyə o yerli “5-ci kanal”ın efirində çıxışı zamanı bildirib.

Klimkin qeyd edib ki, “Donbas üzrə kompromis tək Donbas üçün yox, bütövlükdə, bütün Avropa üçün tamamilə gözlənilməz fəsadlara gətirib çıxaracaq”.

Klimkinin sözlərinə görə, Qərbdə yaxşı anlayırlar ki, Donbasda münaqişə dondurularsa, Rusiya onu istədiyi an yenidən gərginləşdirə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR