Polşanın yeni prezidenti Anjey Dudanın andiçmə mərasimi keçirilib

Polşanın yeni prezidenti Anjey Dudanın andiçmə mərasimi keçirilib
# 06 avqust 2015 12:04 (UTC +04:00)

Bakı. Türbət Bağırva - APA. Polşanın yeni seçilmiş prezidenti, Hüquq və Ədalət Partiyasının rəhbəri Anjey Dudanın andiçmə mərasimi keçirilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimində çıxış edən A. Duda Polşada təhlükəsizliyin möhkəmləndirilməsi və respublikada NATO qüvvələrinin artırılmasının vacibliyini vurğulayıb.

Hüquq və Ədalət Partiyası özünü milli-mühafizəkar və katolik siyasi hərəkat olaraq xarakterizə edir. Əvvəllər Duda Polşanın Donbassdakı vəziyyətlə bağlı müzakirələrə qoşulması ilə bağlı çağırışlar edib.

Qeyd edək ki, bu ilin mayın 11-də Polşa Mərkəzi Seçki Komissiyası Anjey Dudanın prezident seçkilərindəki qələbəsini elan edib. A. Duda kiçik fərqlə əsas rəqibi olan sabiq prezident Bronislav Komorovsini geridə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR