ABŞ-da Trampın fərmanından sonra 100 min viza ləğv edilib

ABŞ-da Trampın fərmanından sonra 100 min viza ləğv edilib
# 03 fevral 2017 19:07 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın imzaladığı miqrasiya fərmanlarından sonra 100 mindən çox viza ləğv olunub.

APA-nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

Məlumata görə, bu rəqəm ABŞ-a buraxılmayan iki Yəmən vətəndaşının işi üzrə məhkəmədə səsləndirilib.

Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR