Kardiologiya Cəmiyyətinin sədri: "Azərbaycanda da ürək xəstəlikləri əsas ölüm səbəblərindəndir"

Kardiologiya Cəmiyyətinin sədri: "Azərbaycanda da ürək xəstəlikləri əsas ölüm səbəblərindəndir"
# 30 noyabr 2019 15:05 (UTC +04:00)

"Azərbaycanda da ürək qan-damar sistemi xəstəlikləri əsas ölüm səbəblərindəndir".

APA xəbər verir ki, bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi çərçivəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, respublikada ürək transplantasiyasından başqa bütün ürək qan-damar sistemi xəstəliklərinin diaqnostikasında istifadə olunan müalicə üsulları tətbiq edilir:

"Ona görə də əsas ölüm səbəblərindən olan miokard infarktı, arterial hibertenziya, ürək çatışmazlığı ildən-ilə azalmaqdadır. Təbii ki, bu, qlobal problemdir. Bu müzakirələr də ona görədir ki, qlobal problemi xarici alimlərlə birlikdə həll edək".

T. Cahangirov qeyd edib ki, belə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan və dünya kardioloqları arasında elmi mübadilələrin aparılmasına kömək edir: "Belə tədbirlər ürək qan-damar sistemi xəstəliklərinin qarşısının alınmasında böyük rol oynayır. Bugünkü konfransda 12 dövlətdən 20-ə qədər alim iştirak edir".

O, ürək xəstəliklərində müalicə xərclərindən də danışıb. Sədr qeyd edib ki, müayinə üsullarına görə qiymətlər dəyişir: "Elə müayinə var ki qiyməti yüksəkdir. Elədir ki, onlar mütləq tətbiq olunmalıdır. Dərman müalicəsində, diaqnostikada problemimiz yoxdur. Amma müəyyən məsələlər olur ki, onun müalicəsi müəyyən xərc tələb edir. Bu da müəyyən kardioloji cihazların hansısa xəstəliyin müəyyən mərhələsində tətbiqinin ehtiyacı ilə əlaqədardır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR