Tikinti aparılan ərazidə abidə aşkarlanan zaman 2 ay tədqiqat aparılacaq

Tikinti aparılan ərazidə abidə aşkarlanan zaman 2 ay tədqiqat aparılacaq
# 01 fevral 2017 13:38 (UTC +04:00)

Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Dəyişikliyə əsasən isə müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR