Gürcüstan Azərbaycana avtomobil ixracını 50% artırıb

Gürcüstan Azərbaycana avtomobil ixracını 50% artırıb
# 19 aprel 2017 11:30 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 6 mln. 226,8 min dollar dəyərində 231 ədəd avtomobil gətirilib. Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin üç ayı ilə müqayisədə 77 ədəd və ya 50% çoxdur. Məbləğ baxımından isə bu rəqəm 1 mln. 228,5 min dollar və ya 24,58 çoxdur.

Qeyd edək ki, 2016-cı ilin ilk rübündə Gürcüstandan Azərbaycana 5 mln. 998,3 min dollar məbləğində 154 ədəd avtomobil gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR