Azərbaycanın Türk Şurasının üzvləri ilə ticarət dövriyyəsi 2,1 mlrd. dollardır

Azərbaycanın Türk Şurasının üzvləri ilə ticarət dövriyyəsi 2,1 mlrd. dollardır
# 30 noyabr 2017 10:51 (UTC +04:00)

"Azərbaycan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrlə əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır".

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu iqtisadiyyat nazirinin Şahin Mustafayev İstanbulda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin VII toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Şuraya üzv olan ölkələrlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,1 mlrd. dollardır.

Ş.Mustafayev deyib ki, Türkiyə tərəfindən Azərbaycana yatırılan investisiyaların həcmi 11,7 mlrd. dollar təşkil edir.

Nazir vurğulayıb ki, sabah Ankarada Azərbaycanla Türkiyə arasında imtiyazlı ticarət haqqında sazişin imzalanması nəzərdə tutulub və rəsmi Bakı bu sənədə çox böyük önəm verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR