Bakı-APA. Yunanıstanın baş naziri Aleksis Tsipras yaxın saatlarda ölkə prezidenti Prokopis Pavlopulosa istefa ərizəsini təqdim edəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, istefa ölkədə vaxtından qabaq parlament seçkilərinin keçirilməsi ilə əlaqədardır.
Bundan əvvəl Yunanıstan hökumətindəki mənbə seçkilərin sentyabrın 20-də baş tutacağını bildirmişdi. Hazırda A.Tsiprasın istefa ilə bağlı rəsmi bəyanatı gözlənilir.