"Evrobank"ın kreditorlarının tələblərini irəli sürmək üçün 33 günü qalıb

"Evrobank"ın kreditorlarının tələblərini irəli sürmək üçün 33 günü qalıb
# 11 sentyabr 2015 07:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İflas prosedurunda olan “Evrobank”ın kreditorlarının tələblərini irəli sürmək üçün lazım olan sənədlərin siyahısı açıqlanıb.

APA-Economics”in məlumatına görə, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri, eləcə də kreditorun adı və ünvanı, kreditorun tələbinin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri,

kreditorun tələbinin təminatı olan girov (ipoteka) və ya təminat barədə məlumatları təqdim etməlidirlər.

Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir.

Xatırladaq ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2-1(81)- 3855/2015 saylı qərarına əsasən “Evrobank” ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması ilə əlaqədar iflas prosedurunda olan “Evrobank” ASC-nin kreditorları bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən, yəni 15 avqust 2015-ci il tarixdən 60 təqvim günü ərzində “Evrobank” ASC-yə qarşı yazılı şəkildə tələblərini irəli sürməlidirlər.

İflas prosesi “Evrobank” ASC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Plotnikov küçəsi, 21 saylı ünvanda həyata keçirilir. Kreditorlar tələblərinin qeydə alınması üçün göstərilən ünvanda ləğvedicinin nümayəndəsinə və ya birbaşa ləğvedici “Azerbaijan İnternational Consulting Company” MMC-nin Bakı şəhəri, M.Rahim küçəsi, 4a saylı ünvanda yerləşən ofisinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR