Fransada zəncirvari qəza nəticəsində 65 nəfər xəsarət alıb

Fransada zəncirvari qəza nəticəsində 65 nəfər xəsarət  alıb
# 30 yanvar 2017 10:08 (UTC +04:00)

Fransada ağır yol-nəqliyyat hadisəsi nəticəsində 65 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarına Parisin İl de Frans rayonunda baş verib.

İki sərnişin avtobusu, yarı-qoşqu və 4 minik avtomobili toqquşub. Xəsarət alan 65 nəfərdən üçünün vəziyyəti çox ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR