V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb

V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb
# 24 oktyabr 2014 13:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”,“AZEDUNET”, “Ultra”, “Dr.Web”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.

Müsabiqənin I mərhələsinə 1105 layihə təqdim olunub. Bunlardan 127-si müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməyib. İkinci mərhələyə buraxılmış 978 layihə qiymətləndirilmək üçün müvafiq Ekspert Komissiyasına təqdim olunub. Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR