Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə olub - FOTO

Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə olub - <span style="color: red;">FOTO
# 27 oktyabr 2014 11:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə Göygöl və Hacıqabul rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Ə. Həsənov inşaat işlərini aparan tikinti şirkətlərinin rəhbərləri ilə görüşüb və tövsiyələrini verib.

Tikinti şirkətlərinin rəhbərləri məlumat veriblər ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbə qaz, su və elektrik enerjisi ilə tam təchiz olunacaq. Yeni salınmış qəsəbələrdə məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi də tikilib. Ə. Həsənov məcburi köçkünlərlə görüşüb, onların istək və arzularını dinləyib və müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR