Lənkəranda 124-cü teatr mövsümü başlayıb - FOTOSESSİYA

Lənkəranda 124-cü teatr mövsümü başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 sentyabr 2014 18:26 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən teatrın direktoru Tofiq Heydərov ötən mövsümün yekunları və cari mövsümdə yaradıcı kollektivin qarşısında duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Şəki şəhərində keçirilən Birinci Beynəlxalq Teatr Festivalında italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış edən Lənkəran teatrının truppası qazandığı yüksək nailiyyətə görə təşkilat komitəsinin diplomu və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Rəsilə Əliyeva çıxış edərək teatrın kollektivinə bundan sonra da uğurlar qazanmağı arzulayıb.

Daha sonra xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyası mövsümün ilk tamaşası kimi sənətsevərlərə təqdim olunub. Respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi və tamaşaçıların böyük maraqla izlədikləri bu səhnə əsərində rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aparıcı səhnə ustalarından Zemfira Nəcəfova, Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev, Hikmət Cəfərov, gənc aktyorlar Səyad Əliyev, Emin Fərzullayev və digərləri ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR