Xaçmazda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb - VİDEO

Xaçmazda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 30 iyul 2014 15:43 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayonu Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi “Wolsvagen-Passat” markalı avtomaşın idarəetmənin itməsi səbəbindən yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və maşında olan iki nəfər - 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR