İŞİD Kobani şəhəri uğrunda döyüşlərdə zəhərli qazdan istifadə edib

İŞİD Kobani şəhəri uğrunda döyüşlərdə zəhərli qazdan istifadə edib
# 22 oktyabr 2014 14:39 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “İslam dövləti” (İŞİD) qruplaşması Suriya-Türkiyə sərhədində yerləşən Kobani şəhəri uğrunda gedən döyüşlərdə zəhərli qazdan istifadə edib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, ekstremistlərin qaza bənzər zəhərli maddədən istifadə etdiyi bildirilir.

Yerli kürd həkimlərinin sözlərinə görə, əsas simptomları başgicəllənməsi və göz yaşarması olan bu qazın növünü müəyyən etmək üçün lazımi avadanlıqlar yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR