Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Niderland İmmiqrasiya Xidmətinin baş direktoru ilə görüşüb

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Niderland İmmiqrasiya Xidmətinin baş direktoru ilə görüşüb
# 10 oktyabr 2014 15:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Bakıda səfərdə olan Niderlandın İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Görüşdə F. Nəbiyev son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərə, siyasi sabitliyə və təhlükəsizliyə, tolerantlığa, ölkənin geosiyasi mövqeyinə görə əcnəbilər üçün cəlbedici olduğunu, bu səbəbdən də Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında ildən-ilə artımın müşahidə edildiyini nəzərə çatdırıb. O, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ölkə ərazisində mövcud miqrasiya prosesləri, həyata keçirilən tədbirlər barədə məlumat verib.

Rob Van Lint Azərbaycana rəsmi səfərinin Avropa İttifaqı ilə birgə həyata keçirilən “Tvinning” layihəsinin icrası, qurumlararası ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və vətəndaşlıq məsələlərinə dair fikir mübadiləsi aparmaq məqsədi daşıdığını qeyd edib.

Niderland nümayəndə heyəti DMX-nin inzibati binasını gəzib, xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Səfər zamanı Niderland heyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində və DMX-nın Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR