Putin: “Şərqi Ukraynanın rus dilli regionunun nümayəndələri ilə dialoq aparmadan Ukraynadakı böhran həll oluna bilməz”

Putin: “Şərqi Ukraynanın rus dilli regionunun nümayəndələri ilə dialoq aparmadan Ukraynadakı böhran həll oluna bilməz”
# 26 avqust 2014 16:57 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. "Biz bu gün əminik ki, Ukrayna böhranı hərbi ssenarinin daha da genişləndirilməsi, Ukraynanın cənub-şərq regionunun maraqlarını nəzərə almadan və bu regionun nümayəndələri ilə sülh danışıqları aparmadan bu böhran aradan qaldırıla bilməz”.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Minskdə keçirilən yüksək səviyyəli görüşdə çıxış edən Rusiya prezidenti AB-dən ixrac olunan malların Ukrayna vasitəsilə Rusiyaya çatmayacağı təqdirdə, Rusiya iqtisadiyyatının 2,77 milyard dollar itirə biləcəyini də qeyd edib: "Rusiya belə bir vəziyyətdə boş qala bilməz və biz sadəcə öz bazarımızı qorumaq üçün həlledici tədbirlər görməyə məcbur olacağıq”.

Xatırladaq ki, bu gün Minskdə “üçlük” formatında AB-Ukrayna-Avrasiya Gömrük İttifaqı görüşü keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR