Azərbaycan prezidenti ədliyyə orqanları işçilərini təltif edib

Azərbaycan prezidenti ədliyyə orqanları işçilərini təltif edib
# 20 noyabr 2014 16:28 (UTC +04:00)

APA-nın məlumatına görə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştirak etdiklərinə görə aşağıdakı şəxslər təltif edilib:


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Quliyev Mədət Qəzənfər oğlu


“Tərəqqi” medalı ilə:

Məmmədova Zemfira Bəylər qızı
Tahirli Rasim Bəkir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Əhmədova Ülviyyə Mahmud qızı
Əliyev Niyaməddin Cabbar oğlu
Hacıyev Rəşad Yavər oğlu
Həsənov Fərhad Fərrux oğlu

Hüseynov Nizami Əli oğlu

Xəlilov Qədir Rövşən oğlu
Salmanova Səbinə Qədir qızı.

Dövlət başçısının digər sərəncamı ilə Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilib. Ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar hüquqşünas”

Musayev Toğrul Sirac oğlu


“Əməkdar həkim”

Hüseynov Füzuli Fazil oğlu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR