Azərbaycanın sənayedə çalışan işçilərin əmək haqqı 9% artıb

Azərbaycanın sənayedə çalışan işçilərin əmək haqqı 9% artıb
# 16 sentyabr 2014 12:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 1,0% artaraq 183,8 min nəfər təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı isə 9,8% artaraq 704,1 manata çatıb.

İşçilərin 36,4 mini mədənçıxarma, 91,6 mini emal, 30,2 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha yüksək artımı emal bölməsinin rezin və plastmas məmulatların, içki, poliqrafiya fəaliyyəti, qida məhsullarının, avtomobil və qoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, kağız və karton, sair nəqliyyat vasitələrinin, əczaçılıq məhsullarının, elektrik avadanlıqlarının, geyim, tütün məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 13,6% artaraq 853,2 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR